Katolikosun qardaşı və qardaşı oğlunun həbsi üçün ərizə verilib
Tarix: 03-11-2025 12:48 | Bölmə: Dünya
Katolikosun qardaşı və qardaşı oğlunun həbsi üçün ərizə verilib

Ermənistanın istintaq orqanı Armavir vilayət birinci instansiya məhkəməsinə 68 yaşlı Gevork Nersisyan və oğlu Hambardzum Nersisyan barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün ərizə təqdim edib.

Reyting.az
Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu vəkil Ara Zohrabyan deyib.

“Məhkəmə iclası tezliklə başlayacaq. İstintaq orqanı və prokurorluq bir şəxsin ifadəsi əsasında qərar qəbul edib və cinayət təqibi aparır. Lakin Nersisyanların ifadələri və videoyazı nəzərə alınmayıb”, - Zohrabyan qeyd edib.

Xatırladaq ki, bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın və onun oğlu Hambardzum Nersisyanın dünən Vaqarşapatda ağsaqqallar şurası seçkilərində Respublika Partiyasından namizəd olan Harutyun Mkrtçyanın bəyanatı əsasında saxlanılıb.

Bəyanata əsasən Nersisyanın və oğlu seçki kampaniyasına müdaxiləyə cəhd göstəriblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər