Volker Türk: Qəzzada aclıq baş alıb gedir
Tarix: 31-10-2025 09:10 | Bölmə: Dünya
Volker Türk: Qəzzada aclıq baş alıb gedir

“Son iki il ərzində Qəzzaya misilsiz iztirablar verilib, yoxsulluq, aclıq baş alıb gedir”.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bəyanat yayıb.

BMT-nin Ali Komissarı İsrailin Qəzzaya dünənki hücumlarında 100-dən çox mülki şəxsin həlak olması ilə bağlı xəbərləri “dəhşətli xronika” adlandırıb. Bununla bağlı yazılı açıqlamasında Türk İsraili atəşkəs rejiminə əməl etməməkdə qınayıb və onun Qəzzaya ölümcül hava hücumlarını pisləyib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər