19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Şimali Koreyada oyun mərkəzlərinin açılması təəccüblə qarşılanıb
Tarix: 04-11-2025 19:51 | Bölmə: Dünya
Şimali Koreyada oyun mərkəzlərinin açılması təəccüblə qarşılanıb

Qərb mediası yazır ki, Pxenyanda ilk kompüter oyun klubları fəaliyyətə başlayıb. Bu, Şimali Koreyada xüsusi yenilik, təəccüb doğuran hadisə kimi təqdim olunur.

Reyting.az
xəbər verir ki, artıq fəaliyyətə başlamış bu klublarda "Counter-Strike 2", "Dota 2", "Left 4 Dead" və "Rainbow Six Siege" kimi 70-dən çox maraqlı oyun təklif olunur.

Bir saatlıq oyun üçün ödəniş qiymətinin təxminən 2 dollar olduğu bildirilir. Axşam saatlarında klublar yerli sakinlərlə dolur. Bütün kompüterlər yalnız lokal şəbəkəyə qoşulub, məhz elə buna görə də oyunlar beynəlxalq serverlərsiz, LAN rejimində və ya tək oyunçu formatında işləyir.

Bildirilir ki, Şimali Koreyada açılan yeni oyun klublarındakı bütün oyun interfeysləri ancaq koreya, çin və ingilis dillərini dəstəkləyir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər