18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukraynada təhlükə daha da artır
Tarix: 06-06-2023 09:42 | Bölmə: Dünya
Ukraynada təhlükə daha da artır

Rusların Kaxovskaya su elektrik bəndini partlatması növbəti hərbi cinayət və ekosiddir. Bunu Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.

Reyting.az
-ın məlumatına görə, Yermak “Telegram”da qeyd edib ki, partlayış səbəbindən prezident Vladimir Zelenski təcili olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırıb.

Aparat rəhbəri diqqətə çatdırıb ki, Xerson vilayətinin cənubunda insanların mümkün içməli sudan məhrum edilməsinə görə məsuliyyəti ruslar daşıyacaq.

Yermak vurğulayıb ki, işğalçıların Kaxovskaya SES-dəki hərəkətləri ZNPP üçün də təhlükə yaradır.

"İnsanların təhlükəsizliyi bu gün prioritet məsələdir. Biz beynəlxalq səviyyədə düşmənin cəzasını təmin etməliyik", - Yermak əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər