18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya dünya ictimaiyyətini Ukraynanı qınamağa çağırır
Tarix: 06-06-2023 22:29 | Bölmə: Dünya
Rusiya dünya ictimaiyyətini Ukraynanı qınamağa çağırır

Moskva dünya ictimaiyyətini Kaxovski su elektrik stansiyasının (SES) bəndinin qismən dağıdılmasına görə Ukraynanı qınamağa çağırır. Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya XİN-nin məlumatında qeyd olunur:

“Dünya ictimaiyyətini Ukrayna hakimiyyətinin getdikcə daha qeyri-insani xarakter alan, regional və qlobal təhlükəsizliyə ciddi təhdid yaradan cinayət əməllərini pisləməyə çağırırıq”.

Rusiya XİN bildirir ki, Moskva Kiyevin hərəkətlərini pisləyir.

Qeyd edək ki, iyunun 6-na keçən gecə Kaxovskaya SES-də qəza baş verib. Çoxsaylı təsirlər nəticəsində bənd dayağı zədələnib, bundan sonra əraziləri su basmağa başlayıb. Həm Ukrayna, həm də Rusiya rəsmiləri stansiyanın təmirini mümkün saymırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər