18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türk kəşfiyyatı daha bir neçə terrorçunu məhv edib
Tarix: 08-06-2023 12:46 | Bölmə: Dünya
Türk kəşfiyyatı daha bir neçə terrorçunu məhv edib

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK-nın Şimali İraqdakı yüksək səviyyəli idarəçilərindən olan Fəhmi Öğmen və boz siyahıda axtarılan 2 terrorçunu Süleymaniyyə çölündə zərərsizləşdirib.

Reyting.az
xəbər verir ki, Türkiyənin boz siyahı üzrə axtarışa verdiyi “Sinan Dijvar” ləqəbli Fəhm Öğmen PKK/KCK-nın İraqdakı ən yüksək səviyyəli idarəçilərindən biridir.

Onunla birlikdə Ş. Rəşit taburunun məmuru “Mazlum Koçer” ləqəbli Mehmet Salih Çakal və “Ararat Tolhildan” kod adlı Əhməd Məhəmməd Əli də məhv edilib.

1993-cü ildə təşkilata qoşulan və uzun illər həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən Fəhmi Öğmenin Türkiyədə bir çox aksiyaları şəxsən təşkil edən təşkilat rəhbərlərindən biri olduğu müəyyən edilib.

MİT qurduğu yerli kəşfiyyat şəbəkəsi ilə PKK-nın ən aparıcı şəxslərinin ardınca təşkilat üzvlərinin sahə agentləri vasitəsilə məxfilik şəraitində istifadə olunan bir sahəni müəyyən edib. Sahədəki qaynaqlarını müəyyən aralıqlarla bölgəyə göndərən və ərazinin təfərrüatlarını öyrənən MİT diqqəti cəlb etməmək üçün bölgədəki heyətini tez-tez dəyişib. Bu çərçivədə bəzən məlum kəşfiyyat üsullarının xaricində bir-birindən tamamilə xəbərsiz “kəşfiyyat şəbəkələri” istifadə edilərək Fehmi Öğmen və komandasının fəaliyyəti addım-addım izlənilib.

Yeri uzun müddət yerli kəşfiyyat şəbəkəsindəki agentlərin istifadəsi ilə müəyyən edilən Fehmi Öğmen MİT tərəfindən diqqətlə izlənilib və əməliyyat üçün müvafiq şəraitin yaranması gözlənilib. MİT-in terror təşkilatının komanda səviyyəsinə ağır zərbə endirmək üçün düyməni ən uyğun anda basması ilə əməliyyat müvəffəqiyyətlə tamamlanıb.

“Sinan Dijvar” kod adlı Fəhmi Öğmen, onunla birlikdə Ş.Rəşit taburunun aparıcı siması, “Mazlum Koçer” kod adlı Mehmet Saleh Çakal və onların sürücüsü “Ararat Tolhildan” kod adlı Əhməd Məhəmməd Əli məhv edilib.

Qeyd edək ki, hazırda MİT-ə İbrahim Kalın rəhbərlik edir.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər