18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bayden: “NATO-nun gələcək baş katibinin namizədliyi hələlik razılaşdırılmayıb”
Tarix: 09-06-2023 00:33 | Bölmə: Dünya
Bayden: “NATO-nun gələcək baş katibinin namizədliyi hələlik razılaşdırılmayıb”

ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Şimali Atlantika Alyansının baş katibi seçilmə ehtimalını şərh edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Bayden bu barədə Ağ evdə Böyük Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında danışıb.

ABŞ prezidentinin sözlərinə görə, NATO-nun gələcək baş katibinin namizədliyi hələlik bütün üzvlər arasında razılaşdırılmayıb, çünki belə qərar konsensus əsasında qəbul edilir.

Bayden deyib ki, ingilislərin NATO baş katibi vəzifəsinə namizədi çox bacarıqlı olsa da, bu postu kimin tutacağını müəyyənləşdirmək üçün həm də Alyans daxilində hələ çox müzakirələr aparılacaq.

Xatırladaq ki, Ben Uolles bu ilin sonunda Yens Stoltenberqin istefasından sonra NATO-nun növbəti baş katibi olmaq arzusunu dilə gətirib.

Onu da qeyd edək ki, 2014-cü il oktyabrın 1-dən bu vəzifədə olan NATO-nun hazırkı baş katibi Y. Stoltenberq ötən il istefa verməli idi, lakin Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar onun səlahiyyət müddətinin sentyabr ayına qədər uzadılmasına qərar verilib.
Stoltenberqin varisinin namizədliyi ilə bağlı ölkələr arasında hələ də konsensusun olmadığı da verilən məlumatlar sırasındadır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər