İrəvanda Marutyan kartı işə salınır
Tarix: 09-06-2023 13:32 | Bölmə: Dünya
İrəvanda Marutyan kartı işə salınır

İrəvanın keçmiş meri Hayk Marutyan uzun müddət ABŞ-da olub, müxtəlif görüşlər keçirib.

Reyting.az
-ın məlumatına görə, “Qraparak” qəzeti yazır ki, keçmiş merin yaxın adamları sentyabrda keçiriləcək seçkilərdə iştirak etmək üçün fəal işə başlayıblar.

Ermənistan KİV-i iddia edir ki, H. Marutyanın hansı partiyada yer alacağı hələ bəlli olmasa da, sabiq mer yeni partiya qura, onu qeydiyyatdan da keçirtdirə bilər. Aydın olan budur ki, H. Marutyan artıq komanda yığır.

“Bizə Marutyanın başçılıq etdiyi siyahıya düşə biləcək iki ad təqdim etdilər: hər ikisi İrəvan Ağsaqqallar Şurasının və “Mənim addımım” fraksiyasından olan keçmiş üzvlərdir. Biri tanınmış bloger İzabella Abqaryan, digəri Tiqran Avinyandır. Bununla belə, Avanesov Marutyanla heç bir müzakirə aparmadığını bildirib, lakin onun eks-merin siyahısında ola biləcəyini istisna etməyib”, - “Qraparak” qəzeti yazıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}