Ukrayna Donbasa ağır zərbələr endirəcək
Tarix: 12-06-2023 19:26 | Bölmə: Dünya
Ukrayna Donbasa ağır zərbələr endirəcək

Ukrayna yaxın günlərdə Donbasa böyük qüvvələrlə zərbə endirmək niyyətindədir. Reyting.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin müdafiə komitəsinin rəhbəri Tobias Ellvud “Sky News” telekanalında bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə gün ərzində Donbasın bu və ya digər hissəsinə böyük hücum olacaq.

Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat əməliyyatları apardığını deyən Ellvud diqqətə çatdırıb ki, Ukraynanın əsas qüvvələri hücuma hazırdır.

Bundan əvvəl “The Economist” yazıb ki, Ukrayna hərbçiləri hücum zamanı xeyli Qərb texnikasını itiriblər. Orexov-Tokmak istiqamətində şiddətli hücumların olduğu bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}