18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Belarusa qarşı sanksiyaların müddəti uzadılıb
Tarix: 13-06-2023 09:02 | Bölmə: Dünya
Belarusa qarşı sanksiyaların müddəti uzadılıb

ABŞ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Prezident C. Baydenə istinadla yayılan bəyanatda deyilir ki, Belarus hökumətinin ayrı-ayrı üzvlərinin hərəkətləri, o cümlədən Belarus rejiminin zərərli fəaliyyəti və uzunmüddətli sui-istifadələri ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün müstəsna və fövqəladə təhlükə yaratmaqda davam edir.

"Ona görə də mən müəyyən etdim ki, Belarusa münasibətdə 13405 saylı fərmanla elan edilmiş fövqəladə vəziyyətin ölkədə davam etdirilməsi zəruridir", - Bayden vurğulayıb.

Qeyd edək ki, məhdudiyyətlər iyunun 16-da başa çatmalı idi.

Xatırladaq ki, 2022-ci il avqustun 9-da ABŞ Dövlət Departamenti 100 Belarus rəsmisinə məhdudiyyətlər tətbiq etdiyini açıqlamışdı.

Siyahıya Lukaşenko administrasiyası, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi (DTK), Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, İstintaq Komitəsinin Baş İdarəsi, Nəqliyyat və Rabitə Nazirliyində yüksək vəzifə tutan şəxslər daxildir. Eyni zamanda Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları da ABŞ-ın sanksiya siyahısındadır.

Sanksiyaya məruz qalan şəxslər arasında parlament üzvləri, hakimlər, təhlükəsizlik işçiləri, icra komitələrinin üzvləri və dövlət universitetlərinin rəhbərləri də var.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər