18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukrayna Təhlükəsizlik Xidməti FTX casusunu saxlayıb
Tarix: 13-06-2023 15:29 | Bölmə: Dünya
Ukrayna Təhlükəsizlik Xidməti FTX casusunu saxlayıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum üçün təlim mərkəzlərini izləməklə casusluq edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) casusunu saxlayıb.

“RBK-Ukrayna” xəbər verir ki, casus artıq “Geralt” təxəllüsü alıb.

“O, FTX-nin göstərişi ilə Dnepr, Kamenski və Novomoskovsk rayonlarında Müdafiə Qüvvələrinin yerləşdiyi yerlər haqqında kəşfiyyat məlumatları toplayıb”, - UTX-dən bildirilib.

Qeyd olunub ki, saxlanılan casusun əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin təlim keçdiyi hərbi poliqonlar və təlim mərkəzləri haqqında məlumat əldə etmək olub. O, həmçinin Ukrayna qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının təxmini sayını müəyyənləşdirməyə çalışıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər