Kəşfiyyat diqqəti “Patriot” kompleksinə yönəldib
Tarix: 20-06-2023 13:41 | Bölmə: Dünya
Kəşfiyyat diqqəti “Patriot” kompleksinə yönəldib

“Rusiyanın ali hərbi-siyasi rəhbərliyinin davranışı Ukrayna Silahlı Qüvvələrinin əks hücumundan narahatlıq və qorxudan xəbər verir”.

Reyting.az
-ın məlumatn görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

Onun sözlərinə görə, ya Putinə oxşar şəxs, ya da Şoyqu Ukrayna ordusunun hücum əməliyyatlarının gedişatını şərh etməyə başlayıb.

“Hətta daxili auditoriya artıq konaşenkovları, solovyovları və skabeyevləri son həqiqət kimi qəbul etmir, yəni artıq hansısa dərmana ehtiyac var. Sonra nə var? Sonra qırılma və boşluq olacaq”, - Yusov bildirib.

Kəşfiyyatçı əlavə edib ki, məhv edilmiş beş “Patriot” kompleksi ilə bağlı bəyanatlar Rusiya Federasiyası vətəndaşları üçün nəzərdə tutulub, çünki Ukraynanın tərəfdaşları bunun yalan olduğunu başa düşürlər: “Ukrayna və tərəfdaşlarımız üçün bu açıq-aşkar yalandır, çünki biz müttəfiqlərlə sıx əlaqə saxlayırıq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun Kiyev yaxınlığında 5 “Patriot” kompleksini məhv etdiyini bildirib. Eyni zamanda, Ukrayna rəsmi olaraq yalnız iki belə sistem alıb - biri ABŞ-dan, ikincisi isə Almaniyadan.

Öz növbəsində, Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat “Patriot”un Ukrayna səmasını qorumağa davam etdiyini və rusların sadəcə, “Patriot”un nə olduğunu bilməməsinə diqqət çəkib.

Ukrayna prezidenti V. Zelenski də rus ordusunun “Patriot” sistemini məhv edə bilmədiyini deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər