Fransa Ukrayna ilə bağlı mövqeyini dəyişir
Tarix: 20-06-2023 23:47 | Bölmə: Dünya
Fransa Ukrayna ilə bağlı mövqeyini dəyişir

İyunun 12-də Yelisey sarayında keçirilən Müdafiə Şurasında Ukraynanın NATO-ya sürətlə daxil olması ilə bağlı Fransa hökumətinin ənənəvi ehtiyatlı mövqeyindən əl çəkmək variantını nəzərdən keçiriblər.

Reyting.az
“Le Monde”yə istinadla xəbər verir ki, Paris daha çox “ukraynapərəst” mövqe tuta bilər.

Qeyd olunur ki, Fransa Kremlə təzyiq göstərmək, xüsusən də işğalçı qoşunların çıxarılması və Ukraynaya qarşı təcavüzün dayandırılması məsələsində Rusiyanın daha münasib olması üçün mövqeyini dəyişə bilər.

Müdafiə Şurasında Parisin mövqeyinin bu cür güclənməsinin Rusiyaya təsir edə biləcəyi müzakirə olunub. Onlar Rusiyanı müharibəni davam etdirməyin faydasızlığına inandırmağa ümid edirlər. Bundan əlavə, bu, həm də Ukrayna rəhbərliyinə təsir etmək üçün nəzərdə tutulub. Güman edilir ki, bu, Kiyevi indi Ukraynadan daha tez hipotetik sülh danışıqlarına cəlb etməyə kömək edəcək.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər