Rusiyanın Krımla bağlı narahatlığı artır
Tarix: 21-06-2023 20:07 | Bölmə: Dünya
Rusiyanın Krımla bağlı narahatlığı artır

Britaniya kəşfiyyatı rusların Krımdakı müdafiə xətlərinin fotosunu yayıb. Kəşfiyyat əmindir ki, bu mükəmməl müdafiə Ukrayna qüvvələrinin yarımadaya birbaşa hücum edə biləcəyi ilə bağlı qorxudan irəli gəlir.

Reyting.az
-ın məlumatına görə, Ukraynanın cənubunda şiddətli döyüşlər davam edir. Bununla belə, son həftələr ruslar arxa cəbhədə, xüsusən də işğal altında olan Krımın kənarında dərin müdafiə xətləri qurmaq üçün əhəmiyyətli işləri davam etdirirlər.

Britaniya kəşfiyyatı diqqətə çatdırır ki, bura Armyansk şəhərindən 3,5 km şimalda, Krımı Xerson vilayəti ilə birləşdirən dar quru körpünün üzərində yerləşən 9 km uzunluğunda geniş müdafiə zonası daxildir.

Kəşfiyyat bildirir ki, bu mükəmməl müdafiə vasitələri Rusiya komandanlığının Ukrayna qüvvələrinin işğal olunmuş yarımadaya birbaşa hücum etmək iqtidarında olması fikrini təsdiqləyir.

“Rusiya hələ də yarımada üzərində nəzarəti saxlamağı özünün əsas siyasi prioriteti hesab edir”, - Britaniya kəşfiyyatı bildirib.

Onu da qeyd edək ki, bəzi Qərb analitiklərinin fikrincə, müharibəni bitirmək və qalib gəlmək üçün Ukrayna 2014-cü ildə işğal olunmuş Krımı azad etməlidir. Bu səbəbdən də, Krıma mümkün hücum rus rəhbərliyini narahat etməyə başlayıb. Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukrayna xəbərdarlıq edib ki, əgər Krıma raket hücumu olarsa, Kiyevi məhv edəcəklər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər