18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Putin sülh danışıqlarına sadiq deyil - ABŞ
Tarix: 21-06-2023 23:24 | Bölmə: Dünya
Putin sülh danışıqlarına sadiq deyil

Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh danışıqlarına sadiq olduğuna inanmır.
Amerika tərəfi hesab edir ki, Putinin verdiyi açıqlamalara baxmayaraq, şəhərləri və mülki əhalini bombalamağa davam etməsi onun Ukraynada müharibəyə son qoymağa hazır olmadığını göstərir.

Reyting.az
xəbər verir ki, bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.

Patel jurnalistərin diqqətinə çatdırıb ki, Putin çox şey deyir: “Bunun nə qədər doğru, nə qədər yalan olduğunu şərh etmək sizin ixtiyarınızdadır”.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Rusiya Kiyevi bombalamaqda, mülki infrastruktura, enerji infrastrukturuna, evlərə, xəstəxanalara zərbələr endirməkdə davam edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər