18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
MAQATE: Zaporojye AES-in bir hissəsi minalanıb
Tarix: 22-06-2023 19:02 | Bölmə: Dünya
MAQATE: Zaporojye AES-in bir hissəsi minalanıb

Ukrayna kəşfiyyatının dediklərinin əksinə olaraq, Zaporojye atom elektrik stansiyasının (AES) soyuducu hovuzunda mina aşkar edilməyib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bildirib.

MAQATE-nin mətbuat xidmətinin məlumatına görə, stansiyanın perimetri boyunca və daxilindəki bəzi yerlər minalanıb.

"Baş direktorun soyuducu gölməçənin daxil olduğu əraziyə səfəri zamanı heç bir mina aşkar edilməyib. Bununla belə, agentliyin daha əvvəl bildirdiyi kimi, MAQATE minaların zavodun perimetri xaricində ilkin yerləşdirilməsindən xəbərdardır”, - MAQATE-dən bildiriblər.

MAQATE-nin baş direktoru Rafael Qrossi deyib ki, stansiyada hər hansı partlayıcı maddənin olması təhlükəsizlik standartlarına cavab verməsə də, obyektin əsas təhlükəsizlik funksiyalarına ciddi təsir göstərmir.

Həmçinin qeyd edilir ki, MAQATE adıçəkilən AES-in mühafizəsinin beş əsas prinsipinə əməl olunmasına nəzarəti artırıb.

Qeyd edək ki, Zaporojya AES ötən ilin martından Rusiyanın işğalındadır və işğalçıların əməlləri ucbatından dəfələrlə fəlakət həddinə çatıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər