18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ukrayna MN: “Yaxın 2-3 ay ərzində cəbhədə aktiv döyüş əməliyyatları aparılacaq”
Tarix: 23-06-2023 11:24 | Bölmə: Dünya
Ukrayna MN: “Yaxın 2-3 ay ərzində cəbhədə aktiv döyüş əməliyyatları aparılacaq”

“Yaxın 2-3 ay ərzində cəbhədə aktiv döyüş əməliyyatları aparılacaq”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

O bildirib ki, Ukrayna ordusu hücum və müdafiə əməliyyatlarını paralel aparacaq: “Çünki bizim strateji məqsədimiz bütün ərazilərimizi azad etməkdir”.

V. Skibitskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri diqqətini yayın ortalarına yönəldib.

Müdafiə Nazirliyinin nümayəndəsi müharibə ilə bağlı illik planları açıqlamaqdan imtina edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna Silahlı Qüvvələri aktiv əks-hücum əməliyyatlarını davam etdirir(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər