18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türk kəşfiyyatı daha bir terrorçunu məhv edib - Video
Tarix: 23-06-2023 13:26 | Bölmə: Dünya
Türk kəşfiyyatı daha bir terrorçunu məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror təşkilatlarına qarşı əməliyyatları tam sürətlə davam etdirir. MİT daha bir kritik əməliyyat keçirərək Suriyada olduğu təsbit edilən və qırmızı siyahı üzrə axtarışda olan terrorçunu zərərsizləşdirib.

Reyting.az
xəbər verir ki, türk kəşfiyyatı tərəfindən məhv edilən terrorçu PKK-nın “İcra Şurası”nın üzvü, keçmişdə Avropada fəaliyyət göstərdiyi üçün “Əsəd Avropa” və ya “Əsəd Faraşin” kod adlarından da istifadə edən Abdurrahman Çadırcıdır.

Türkiyə mətbuatı yazır ki, “İcra Şurası”nın üzvləri təhlükəsizlik baxımından bir yerdə görünmürlər və əsasən İraq, Suriya və Avropa ölkələrində olurlar. PKK tərəfindən yaxşı qorunan “İcra Şurası” üzvləri təşkilatın qapalı iclaslarından savayı olduqları yerdən bayıra çıxmırlar.

Türk kəşfiyyatı PKK daxilindəki mənbələrdən Əbdürrəhman Çadırcının Suriyada olduğunu öyrəndikdən sonra sahə agentləri ilə hərtərəfli planlaşdırma aparıb. MİT öncədən bilib ki, A. Çadırcı yerli xalqı və xüsusilə gəncləri təşkilata üzv olmağa razı salmaq üçün ideoloji fəaliyyətə əhəmiyyət verir. Bu çərçivədə MİT A.Çadırcının ətrafına agentlər yerləşdirməyə qərar verib və sahə üzrə agentlərdən gündəlik hesabatlar alıb. MİT sahədən aldığı kəşfiyyat məlumatları əsasında son mərhələdə terrorçunu Suriyanın Qamışlı məntəqəsində məhv edib.



Məlumat üçün qeyd edək ki, Çadırcı PKK daxilində fəaliyyət göstərib. O, 1995-ci ildən Kürdüstan Milli Konqresinin (KNK) üzvü olub, 1997-1999-cu illərdə Avropada məsul səviyyədə fəaliyyət göstərib. 1997-ci ildə Almaniyada -Frankfurtda “Sürgündəki Kürd Parlamenti”nin üzvü olaraq, 1999-cu ildə təşkilat tərəfindən “Sürgündəki Kürd Parlamenti”nin vitse-prezidenti vəzifəsinə təyin edilib. Daha sonra, 2000-ci ildə İraqda-Qəndildə Mətbuat Akademiyasının əməkdaşı olub və eyni zamanda Kürdüstan Milli Azadlıq Cəbhəsinin (ERNK) nümayəndəsi təyin edilib.

2001-ci ildən İnterpol tərəfindən axtarılan A. Çadırcı 2002-ci ildən etibarən “Şimali Kürdüstan Milli Platforması”nın sözçüsü vəzifəsində çalışıb. O, 2003-cü ildə Almaniyada məsuliyyətə cəlb edilib və elə həmin il Livana köçərək “Kürd-Der”nin tərkibində çalışıb. Livanda olduğu müddətdə təşkilatın mətbuat fəaliyyətinə rəhbərlik edib. 2003-2006-cı illərdə KCK-nın xarici əlaqələr mütəxəssisi, 2005-ci ildə isə PKK-nın İraqdakı siyasi uzantısı PÇDK-nın baş koordinatoru vəzifəsində çalışmağa başlayıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər