Sankt-Peterburqda “Vaqner”in Mərkəzi ələ keçirilib
Tarix: 24-06-2023 09:59 | Bölmə: Dünya
Sankt-Peterburqda “Vaqner”in Mərkəzi ələ keçirilib

Rusiya təhlükəsizlik qüvvələri Sankt-Peterburqda yerləşən “PMC Vaqner Mərkəzi”nə daxil olublar.

Reyting.az
xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin rus hakimiyyətinə qarşı qiyama başladıqdan sonra Rusiyanın təhlükəsizlik qüvvələri Sankt-Peterburq şəhərindəki “PMC Vaqner Mərkəzi”ni nəzarətə götürüblər.

Telegram kanalları xəbər verir ki, böyük ehtimalla Zolnaya küçəsində yerləşən binada axtarışlar aparılacaq.

OMON və Milli Qvardiyanın olduğu iki avtobus mülki geyimli şəxslərlə birlikdə binaya yaxınlaşıb, içəri daxil olublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}