18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Amerikalı analitiklər “Vaqner” liderinin uğur qazanacağına inanmır
Tarix: 24-06-2023 10:15 | Bölmə: Dünya
Amerikalı analitiklər “Vaqner” liderinin uğur qazanacağına inanmır

Rusiyada prezident Vladimir Putinin aşpazı kimi tanınmış “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin ölkənin Müdafiə Nazirliyində rəhbərlik dəyişikliyinə nail olmaq üçün silahlı üsyana qərar verib.

Reyting.az
-ın xəbərinə görə, Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) Priqojinin uğur qazanacağına inanmır.

Analitiklərin hesabatında qeyd olunur ki, görünür, Priqojin, ölkə rəhbərliyini döyüş meydanında uğur qazana bilməyən Rusiya Müdafiə Nazirliyində rəhbər dəyişikliyinə məcbur etmək üçün silahlı üsyana başlayıb.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğu Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı ilə bağlı iş açıb. Belə bir cinayətə görə, Rusiya Federasiyasında 12 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.

İyunun 23-də Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan hərbçiləri “Vaqner”çilərə hücumda ittiham edib. Daha sonra “Vaqner” üzvləri Rusiya hərbi rəhbərliyini “dayandırmaq” üçün hərəkətə başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}