Ukrayna aviasiyası 24 saat ərzində 13 zərbə vurub
Tarix: 24-06-2023 11:36 | Bölmə: Dünya
Ukrayna aviasiyası 24 saat ərzində 13 zərbə vurub

Son sutka ərzində Ukrayna hərbi aviasiyası Rusiya ordusunun mövqelərinə 13 zərbə endirib. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilib.

Məlumata görə, raket və artilleriya bölmələri də rusların üzərinə uğurla hücum edib.

“Son 24 saat ərzində şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi 4 ərazi, atəş mövqelərindəki 15 artilleriya bölməsi, 2 elektron döyüş sistemi və 5 hava hücumundan müdafiə sistemi vurulub”, - məlumatda deyilir.

Bundan əlavə, ukraynalı müdafiəçilər Rusiyanın “Ka-52” hücum helikopterini və 7 kəşfiyyat dronunu məhv ediblər.

Eyni zamanda, ruslar son sutka ərzində Ukraynaya qarşı “S-300” kompleksindən 14 X-101/X-555 qanadlı raketi, 3 “Şahed” dronu və 4 zenit idarəolunan raketdən istifadə edib. Sonuncular Zaporojyeyə istiqamətlənib. Ukrayna hava hücumundan müdafiə qüvvələri 14 raket və 2 pilotsuz uçan aparatını məhv edib.

Bundan başqa, ruslar 51 hava zərbəsi endirib, 59 reaktiv yaylım atəşi açıb, nəticədə mülki şəxslər xəsarət alıblar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}