18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Putin Lukaşenko ilə Rusiyadakı son vəziyyəti müzakirə edib
Tarix: 24-06-2023 13:47 | Bölmə: Dünya
Putin Lukaşenko ilə Rusiyadakı son vəziyyəti müzakirə edib

Rusiyanın dövlət başçısı Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada baş verən son hadisələr fonunda telefon danışığı aparıblar. Reyting.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətindən BELTA-ya bildiriblər.

Məlumata görə, telefon danışığı Kremlin təşəbbüsü ilə olub.

"Rusiya prezidenti bu gün səhər Belarus prezidentinə zəng edib, telefon danışığı olub. Vladimir Putin belaruslu həmkarına Rusiyadakı vəziyyət barədə məlumat verib", - Lukaşenko bildirib.

Söhbətlə bağlı Kreml hələlik məlumat yaymayıb.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarından etibarən Rusiyada “Vaqner” PMC-nin rəhbəri ilə rəsmi Rusiya elitası arasında virtual güc qarşıdurması gedir.

Priqojin iddia edir ki, o, Rostov-na-Donudakı hərbi obyektləri, xüsusən də aerodromu nəzarətə götürüb, Moskvaya gedir və onun əsgərləri artıq üç rus helikopterini vurublar.

Onu da diqqətə çatdırırıq ki, bu arada belaruslu jurnalistlər Belarus elitası və Lukaşenko ailəsinin tez-tez istifadə etdiyi təyyarənin iyunun 24-də gecə yarısından sonra Rusiya Federasiyasının cənub bölgələri ətrafında uçaraq Minskdən Türkiyənin Bodrumuna yola düşdüyünü müşahidə ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}