18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Priqojin Putinin tabe olmaq xahişini rədd edib
Tarix: 24-06-2023 17:18 | Bölmə: Dünya
Priqojin Putinin tabe olmaq xahişini rədd edib

“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin xahişi ilə təslim olmaqdan və onun hərəkətlərini Vətənə xəyanət kimi tanımaqdan imtina edib. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu hərbi müxbir Yevgeni Poddubnı bildirib.

Poddubnının sözlərinə görə, Priqojin açıq şəkildə hərbi üsyan və silahlı çevriliş elan etməklə, yaranmış vəziyyətin sülhlə həlli yolunu bağlayıb.

Hərbi müxbir qeyd edib ki, Moskvaya yürüşün təşkilatçıları üsyanı vətəndaş müharibəsinə çevirməyə çalışırlar.

Poddubnı əlavə edib ki, əlaqə saxladığı məmurlar “Vaqner”çilərin keçmiş şücaətlərinə hörmətlə yanaşsalar da, indiki hərəkətlərini vətənə xəyanət kimi qiymətləndirirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}