22 nəfərin ölümündən sonra komendant saatı tətbiq edilib
Tarix: 25-06-2023 22:05 | Bölmə: Dünya
22 nəfərin ölümündən sonra komendant saatı tətbiq edilib

Honduras hökuməti ölkədə artan zorakılıqlar fonunda bir gecədə 22 nəfərin güllələnməsindən sonra iki şimal şəhərində komendant saatı elan edib. Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Polis sözçüsü Edqardo Barahona agentliyə bildirib ki, şənbə günü axşam saatlarında silahlı şəxslər ölkənin şimalında yerləşən Çoloma şəhərinin məhəlləsində bilyard otağına atəş açıblar, nəticədə 11 nəfər ölüb, üç nəfər ağır yaralanıb.

Rəsmi mənbə həmçinin bildirib ki, şənbə günü Valle de Sulanın şimal zonasında, o cümlədən əsas sənaye şəhəri San Pedro Zulayda ayrı-ayrı epizodlarda ən azı daha 11 qətl hadisəsi törədilib.

Prezident Siomara Kastro Çolomada 15 günlük komendant saatı elan edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər