18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ Rusiyanın dostlarının Ukraynaya kömək etmələrini istəyir
Tarix: 26-06-2023 14:45 | Bölmə: Dünya
ABŞ Rusiyanın dostlarının Ukraynaya kömək etmələrini istəyir

Qərb ölkələrinin diplomatları, həmçinin Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan olan nümayəndələrin iştirakı ilə şənbə günü Kopenhagendə Ukrayna üzrə beynəlxalq toplantı keçirilib.

Reyting.az
-ın xəbərinə görə, belə bir məlumatı ARD telekanalı yayıb və bildirir ki, toplantı “ən ciddi məxfilik şəraitində” reallaşıb.

Telekanalın məlumatına görə, Qərbin məqsədi Ukrayna ətrafındakı vəziyyətə hələ də bitərəf qalan bu BRİKS ölkələrindən dəstək almaqdır. Qeyd olunur ki, danışıqlar Kiyevin təşəbbüsü ilə aparılıb.

Onu da qeyd edək ki, iyunun 23-də Avropa İttifaqının (Aİ) nümayəndəsi jurnalistlərə təsdiqləyib ki, Ukrayna 24 iyunda Kopenhagendə Qərb ölkələrinin nümayəndələrinin Qlobal Cənub ölkələrindən olan həmkarları ilə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Daha əvvəl “Bloomberg” mənbələrə istinadla xəbər vermişdi ki, tədbirdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Avropa Komissiyasının nümayəndələri, “Cənubi Afrika, Braziliya və Hindistandan olan elçilər”, eləcə də “böyük Ukrayna rəsmilərindən biri” iştirak edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}