18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Poroşenko: “Vaqner” indi Belarus və Rusiya üçün daha təhlükəlidir”
Tarix: 30-06-2023 15:28 | Bölmə: Dünya
Poroşenko: “Vaqner” indi Belarus və Rusiya üçün daha təhlükəlidir”

“Terror aktları Rusiya büdcəsi hesabına maliyyələşdirilib. Putinin də etiraf etdiyi kimi, onlar Rusiyanın terror hücumlarında iştirak edirlər. Şübhəsiz ki, Rusiya daxilində baş verən üsyan da bitməyib”. Reyting.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko deyib.

Poroşenkonun fikrincə, belə olan halda bu, Rusiya prezidenti Putin üçün təhlükə yaradır:

“Bu gündən Ukrayna hakimiyyəti olaraq biz “Vaqner”in əsgərlərinin Ukraynada olmasını gözləmirik. Çünki biz onları dayandırıb məhv etdik. İndi onlar Belarus və Rusiya üçün daha təhlükəlidir”.

Avropa Birliyinin xarici əlaqələr üzrə ali komissarı Cozep Borrelin “Priqojin də Putin qədər təhlükəlidir”,- sözlərinə toxunan Poroşenko deyib ki, demokratiyanın, Ukraynanın qələbəsi mütləq qarşımızdadır və bütün dünya Rusiyaya qarşıdır: “Mənim prezident olduğum müddətdə türk xalqı ilə səmərəli əməkdaşlığımız olub və “Bayraktar”ın (PUA-ları nəzərdə tutur-red.) müharibədə mühüm rolu var. Biz hərbi-texniki əməkdaşlığı genişləndirmək istəyirik”.

Sabiq prezident diqqətə çatdırıb ki, İsveçdə Quranın yandırılması Türkiyəni qəzəbləndirib: “Türkiyə çox məsuliyyətli və effektiv Avropapərəst bir ölkədir. Finlandiya NATO üzvü ola bilsə, İsveç NATO üzvü olarsa, Türkiyə daha təhlükəsiz olacaq. Ukrayna NATO üzvü olarsa, Türkiyə və dünya çox güclü və təhlükəsiz olacaq”.

Poroşenko sonda əlavə edib ki, Ukraynada Quran heç vaxt yandırılmayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər