18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ukraynalı komandan: “Döyüşçülərim irəliləyir”
Tarix: 30-06-2023 18:11 | Bölmə: Dünya
Ukraynalı komandan: “Döyüşçülərim irəliləyir”

“Mənim döyüşçülərim hər gün irəliləyir. Onlar hər metr uğrunda qan tökürlər”. Reyting.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya qarşı müharibədə rəhbərlik edən, Ukrayna əks-hücum planlarını hazırlayan general Valeri Zalujni bəyan edib.

Zalujnı Ukrayna ordusunun əks-hücum əməliyyatına şişirdilmiş gözləntilərlə yanaşan və tez nəticə istəyən bəzi şəxslərin bəyanatlarından hiddətləndiyini bildirib.

Zalujnı vurğulayıb ki, bütün problemlərə baxmayaraq, onun döyüşçüləri hər gün irəliləyirlər: “Ukraynanın şərqində və cənubunda çoxdan gözlənilən əks-hücumun daha ləng başladığını eşidəndə əsəbiləşirəm. Mənim qoşunlarım 500 metr olsa belə, hər gün irəliləyir. Hər gün hər metr üçün qan tökülür”.

Komandan əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri F-16 qırıcılarına ehtiyac duyur:

“F-16 qırıcıları olmadan, verilən tapşırıqları yerinə yetirmək mümkün deyil”.

Qeyd edək ki, Qərbin Ukrayna Silahlı Qüvvələrinin əks hücumundan gözləntiləri bir qədər fərqlidir. Avropa Parlamentinin polşalı deputatı daha əvvəl təklif etmişdi ki, Ukrayna oktyabra qədər döyüş meydanında uğur nümayiş etdirməlidir, çünki əks halda tərəfdaşları onu sülhə məcbur edəcəklər.

Əvvəllər NATO-nun baş hərbi müşaviri olmuş, istefada olan general, Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukraynanın bu il uğurlu əks-hücum üçün yalnız bir şansı var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}