18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya hakimiyyəti Sergey Şoyqu ilə bağlı məsələni şərh etmir
Tarix: 01-07-2023 13:15 | Bölmə: Dünya
Rusiya hakimiyyəti Sergey Şoyqu ilə bağlı məsələni şərh etmir

"Bloomberg" “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin üsyanından sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun yaxın adamlarının yoxlanıldığını iddia edib. ABŞ nəşri məlumatı vəziyyətlə tanış olan mənbəyə istinadla yayıb.

Reyting.az
xəbər verir ki, Rusiya hakimiyyəti "Bloomberg" yoxlamalarla bağlı məlumatını şərh etməyib.

Qeyd edək ki, "Blomberq" yoxlamaları dəqiq kimin apardığını, onların kimə təsir etdiyini və nədən ibarət olduğunu yazmayıb.

Hələlik Qərb rəsmiləri Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifələrinə təhlükə yaradacaq kadr dəyişikliyi proqnozlaşdırmır, çünki Putin öz tərəfdaşlarını işdən çıxarmaq istəmir.

Xatırladaq ki, iyunun 25-də rus generalı Sergey Surovikinin saxlanılaraq “Lefortovo” istintaq təcridxanasına göndərildiyi iddia edilirdi. Surovikinin həbs olunmadığı, sadəcə, sorğu-sual edilərək sərbəst buraxıldığı barədə də məlumatlar yayılmışdı.

Onu da qeyd edək ki, “Vaqner”in lideri Yevgeni Priqojin üsyan zamanı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefasını tələb edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər