Rusiya-Qərb qarşıdurmasının final mərhələsi başlayır
Tarix: 03-07-2023 00:02 | Bölmə: Dünya
Rusiya-Qərb qarşıdurmasının final mərhələsi başlayır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərblə qarşıdurmanın qaçılmaz finalını elan edib. Reyting.az xəbər verir ki, D. Medvedev bu barədə “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində yazıb.

Sədr müavini qeyd edib:

“Bu gün hətta Kiyev rejiminin daşqalaq edilmiş liderləri də etiraf ediblər ki, münaqişə vəziyyətində olan Banderokraina (Ukraynanı nəzərdə tutur-red.) alyansa qəbul edilməyəcək”.

Medvedev yazıb ki, Rusiya parçalanmayıb və anti-Rusiya cəbhəsi uğursuz olub. “Və bu, siyasətlə bağlı deyil, strategiya ilə bağlı deyil, hətta taktika ilə bağlı da deyil. Sadəcə, sonun yaxınlaşmasıdır. Vaxt yetişdi”, - deyə o, yekunlaşdırıb.

Həmin məqalədə Medvedev nüvə apokalipsisini mümkün və ehtimal adlandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}