18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Keçmişi NATO-ya rəhbərlik etmək istəyinə mane olub
Tarix: 03-07-2023 11:39 | Bölmə: Dünya
Keçmişi NATO-ya rəhbərlik etmək istəyinə mane olub

NATO-nun baş katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles “irlandiyalı keçmişinə” görə mübarizədən çəkilməli olub.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Bildirilir ki, ABŞ prezidenti Co Bayden Uollesə Şimali İrlandiyada Britaniya əsgəri kimi xidmət etdiyi üçün "qırmızı vərəqə" verib.

Qeyd edək ki, bu payız səlahiyyət müddəti başa çatacaq NATO-nun baş katibi Yens Stoltenberq - uyğun namizədlər olmadığı üçün eyni vəzifəyə təyin oluna bilər.

Onu da xatırladaq ki, Baydenin aprel ayında Şimali İrlandiyaya səfəri zamanı prezident maşınına Böyük Britaniyanın bayrağı asılmayıb, lakin ertəsi gün keçdiyi İrlandiya Respublikasında avtomobil bu ölkənin bayrağını daşıyıb. Bu isə ingilislərin reaksiyasına səbəb olub.

Son olaraq onu da diqqətə çatırırıq ki, İrlandiyada separatçılarla britaniyayönlü qüvvələr arasında baş vermiş qarşıdurmada ən azı 3500 nəfər həyatını itirib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər