Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”
Tarix: 03-07-2023 14:58 | Bölmə: Dünya
Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”

“Krım azad olunmadıqca müharibə bitməyəcək”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}