ABŞ-da terror: 4 nəfər öldürülüb, yaralılar var - Video
Tarix: 04-07-2023 13:14 | Bölmə: Dünya
ABŞ-da terror: 4 nəfər öldürülüb, yaralılar var

Silahlı hücum terrorunun səngimədiyi ABŞ-da polad jilet geyinən şəxs Filadelfiyada küçənin ortasında ətrafa güllə yağdırıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 2 uşaq yaralanıb.

Reyting.az
xəbər verir ki, Filadelfiya polisi hadisədən sonra saxlanılan təcavüzkarın qurbanlarla heç bir əlaqəsinin olmadığını və 40 yaşlı kişi olduğunu bildirib.

Həmçinin şübhəlinin üzərində gülləkeçirməz jilet və polisin skaner cihazı olduğu qeyd edilib.

Hadisə yerində tüfəng və tapançaların ələ keçirildiyini qeyd edən polis hücumla əlaqəsi bilinməyən ikinci şəxsin də nəzarətə alındığını bildirib. Polis bu şəxsin hücumçuya atəş açmış ola biləcəyinə inanır.

Hadisə zamanı xəsarət alan 2 və 13 yaşlı iki uşağın vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, dünən Merilend ştatının Baltimor şəhərində açıq havada keçirilən əyləncə gecəsinə silahlı hücum nəticəsində 2 nəfər ölüb, əksəriyyəti uşaq olmaqla 28 nəfər yaralanıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}