Fransada nümayişlər və həbslər davam edir: ziyan 1 milyard avronu keçib
Tarix: 04-07-2023 13:51 | Bölmə: Dünya
Fransada nümayişlər və həbslər davam edir: ziyan 1 milyard avronu keçib

Fransada gənc sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan etirazların altıncı gecəsində də polisin proseslərə müdaxiləsi davam edib.

Reyting.az
xəbər verir ki, son gecədə paytaxt Paris ətrafında indiyədək 17 nəfər həbs edilib.

Fransa İş Adamları və Sənayeçilər Assosiasiyasının (MEDEF) prezidenti Geoffroy Roux de Bezieux etirazların 1 milyard avrodan çox ziyana səbəb olduğunu bildirib. De Bezieux 200 mağazanın, 300 bank dilerinin tamamilə məhv edildiyini, tütün satan 250 mağazanın nümayişlərdən təsirləndiyini qeyd edib.

Xatırladaq ki, Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nahel M-ni öldürüb. Nahelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxdıqdan sonra isə polislə qarşıdurma başlayıb. Gənci qətlə yetirən polis məmuru həbs edilib və məhbus kimi mühakimə olunub.

Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}