İranda 5 nəfəri girov götürən şəxsi güllələyiblər
Tarix: 05-07-2023 13:30 | Bölmə: Dünya
İranda 5 nəfəri girov götürən şəxsi güllələyiblər

İranda apteklərdən birində girov götürülən 5 nəfər xilas edilib.

Reyting.az
xəbər verir ki, İranın Fars vilayətinin Şiraz şəhərində 5 nəfəri girov götürərək aptekə atəş açmağa başlayan hücumçu öldürülüb.

Məlumata görə, ötən gecə Şirazın Sədra qəsəbəsində aptekləri soymağa cəhd edən 35 yaşlı hücumçu 5 nəfəri girov götürüb.

Fars vilayətinin polis rəisi Reham Bəhş Həbibi bildirib ki, polis qrupları hadisə yerinə gəldikdən sonra zabitlərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlığına baxmayaraq təslim olmaqdan imtina edib və girovları öldürməklə hədələyib.

Polis rəisi əlavə edib ki, polisin müdaxiləsi ilə bütün girovlar xilas edilib, hücum edən şəxs isə güllələnib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}