Britaniya qırıcıları Rusiya təyyarələrinin uçuşuna mane olub - Foto
Tarix: 05-07-2023 13:48 | Bölmə: Dünya
Britaniya qırıcıları Rusiya təyyarələrinin uçuşuna mane olub

Britaniya Kral Hərbi Hava Qüvvələrinin (RAF) Estoniyadakı bölməsinə məxsus “Tayfun” döyüş təyyarələri NATO müttəfiqlərinin nəzarəti altında beynəlxalq hava məkanında uçan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Tu-214” təyyarəsini əngəllədiyi bildirilir.

Reyting.az
xəbər verir ki, bununla bağlı Krallığın hərbi hava qüvvələri müvafiq açıqlama ilə çıxış edib.

“Bu gün Estoniyadakı iki ədəd “Tayfun” qırıcıları Rusiya materiki ilə Kalininqrad vilayəti arasında keçən Rusiya Hərbi Hava Qüvvələrinə aid “Tu-214” təyyarəsini əvvəlcə cənuba, sonra şimala və NATO müttəfiqlərinin nəzarəti altında beynəlxalq hava məkanında tutmaq üçün havaya qalxıb”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl, iyunun 20-də RAF Estoniyada “Tayfun”larının NATO hava məkanına yaxın uçan Rusiya Hərbi Dəniz Qüvvələrinin “Tu-134” və iki “Su-27” təyyarəsinə mane olduğunu qeyd etmişdi.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər