Kadırovun yaxın adamı Ukraynada aldığı yaralardan ölüb
Tarix: 05-07-2023 23:51 | Bölmə: Dünya
Kadırovun yaxın adamı Ukraynada aldığı yaralardan ölüb

Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Federasiyasının Şimal-Qərb Federal Dairəsi üzrə keçmiş nümayəndəsi İslam Xızrıyev Ukraynada aldığı ölümcül yaralardan dünyasını dəyişib.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, Xızrıyev iyulun 3-də Sankt-Peterburqdakı hərbi tibb akademiyasında vəfat edib. O, iyunun 13-də Luqansk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində başqasının texnikasından qanunsuz istifadə etdiyinə görə saxlanılıb. Məhv edilməzdən dərhal əvvəl yayımlanan videoda Xızrıyev öz mövqeyini və Ukraynaya qarşı müharibədə birbaşa iştirakını təsdiqləyir.

O, özünü Çeçenistan daxili işlər nazirinin keçmiş müavini Apti Alaudinovun rəhbərlik etdiyi çeçenlərin “Axmat” bölməsində mühafizə taqımının komandiri adlandırır.

Rusiya mətbuatının yazdığına görə, Xızrıyev həbsxananı tərk etdikdən sonra “Vaqner” özəl hərbi şirkətinin tərkibində Ukraynaya qarşı müharibəyə qoşulub.

Qeyd edək ki, Xızrıyev 2021-ci ilin oktyabrında Sankt-Peterburqda üç qram narkotiklə həbs edilmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}