İsrailə gələn fransalı jurnalist üç qumbara ilə saxlanılıb
Tarix: 06-07-2023 13:27 | Bölmə: Dünya
İsrailə gələn fransalı jurnalist üç qumbara ilə saxlanılıb

Fransalı jurnalist Cenin şəhərindən qayıtdıqdan sonra İsraildə həbs edilib, avtomobilində 3 qumbara tapılıb.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, jurnalist çərşənbə günü Yəhudeya və Samariyanın şimalındakı Cenin şəhərindən İsrailə girməyə cəhd edərkən saxlanılıb.

Jurnalistin rəsmi icazəsi olub. Onun avtomobilində axtarış aparan İsrail səlahiyyətliləri biri gözyaşardıcı qaz, ikisi isə nümayişləri dağıtmaq üçün istifadə edilən üç qumbara tapıb. Qumbaralar polis tərəfindən götürülüb, jurnalistin özü isə sorğu-sual olunmaq üçün səlahiyyətli şəxslərə təhvil verilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}