Türkiyə ordusu terrorçuları səmada zərərsizləşdirib
Tarix: 08-07-2023 17:13 | Bölmə: Dünya
Türkiyə ordusu terrorçuları səmada zərərsizləşdirib

Şimali İraqda bir çox hücumda iştirak etmiş “Zana Govend” kod adlı terrorçu Zəfər Akgün zərərsizləşdirilib.

Reyting.az
xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, iyunun sonunda İraqın şimalında hərəkətdə olan bir qrup terrorçu aşkar edilib.

Bölgəyə sövq edilən Hücum Pilotsuz Uçuş Aparatı (TİHA) ilə aparılan əməliyyatda sözügedən terror qruplaşması zərərsizləşdirilib.

Araşdırmalardan sonra zərərsizləşdirilən terrorçular arasında Türkiyə və İraqın şimalından türk əsgərinə qarşı bir çox hücumlarda iştirak etmiş Zəfər Akgünün də olduğu müəyyən edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi yanvarın 1-dən terrorla mübarizədə 19-u irimiqyaslı olmaqla 320 əməliyyatın həyata keçirildiyini, 794 terrorçunun zərərsizləşdirildiyini bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər