Suriya səmasında ABŞ və Rusiya şahinlərinin qarşıdurması davam edir
Tarix: 08-07-2023 18:11 | Bölmə: Dünya
Suriya səmasında ABŞ və Rusiya şahinlərinin qarşıdurması davam edir

Rusiya döyüş təyyarələri Suriyada ABŞ-a aid pilotsuz uçuş aparatlarını (PUA) təqib etməyə davam edir.

Reyting.az
xəbər verir ki, ABŞ ordusu Rusiya döyüş təyyarələrinin bu həftə Suriyada üçüncü dəfə ABŞ PUA-larına təcavüz etdiyini açıqlayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanı general-leytenant Aleks Qrinkeviç verdiyi yazılı açıqlamada qeyd edib ki, Rusiya döyüş təyyarələri bu həftə Suriyada ABŞ-a məxsus MQ-9 İHA-larını üçüncü dəfə təqib edib.

“Rusiya təyyarəsi 18 qeyri-peşəkar yaxın ötürmə etdi və bu, MQ-9-ların təhlükəli vəziyyətlərdən qaçmaq üçün reaksiya verməsinə səbəb oldu”,- Qrinkeviç deyib.

Xatırladaq ki, ötən gün ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya döyüş təyyarələrinin Suriyada ABŞ pilotsuz təyyarələrinə qarşı “təhlükəli və qeyri-peşəkar” hərəkətlərini əks etdirən kadrlar yayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər