Cinsi azlığın nümayəndəsi Avropa ölkəsinin prezidenti seçilib
Tarix: 08-07-2023 23:19 | Bölmə: Dünya
Cinsi azlığın nümayəndəsi Avropa ölkəsinin prezidenti seçilib

İyulun 8-də Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ölkə prezidenti vəzifəsinə rəsmi şəkildə başlaması ilə bağlı and içib.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, Rinkeviçsin andiçmə mərasimi Latviya Seyminin təntənəli iclasında baş tutub.

"And içirəm ki, bütün fəaliyyətim Latviya xalqının rifahına həsr olunacaq. Mən Latviya dövlətinin və onun əhalisinin rifahının yüksəldilməsi üçün əlimdən gələni edəcəyəm. Konstitusiyaya və Latviyanın dövlət qanunlarına əməl edəcəyəm. Hər kəsə münasibətdə ədalətli olacağam və vicdanla vəzifəmi yerinə yetirəcəm”, - deyə and içib.



Siyasətçi həmçinin "müasir və güclü Latviya, ədalətli və dürüst Latviya, insanların rifahı, inklüziv və hörmətli cəmiyyətin tərəfdarı olacağına" söz verib.

Rinkeviçs 1990-cı ildə dövlət müstəqilliyinin yenilənməsindən sonra seçilən Latviyanın yeddinci prezidentidir. Bundan əvvəl o, 12 ilə yaxın ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

E. Rinkeviçs təkcə Latviyada deyil, həm də Avropa İttifaqında ilk açıq “mavi” (cinsi azlığın nümayəndəsi) prezident olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər