Finlandiya Baydenə görə Şengen sərhədinə nəzarəti gücləndirir
Tarix: 09-07-2023 06:57 | Bölmə: Dünya
Finlandiya Baydenə görə Şengen sərhədinə nəzarəti gücləndirir

Finlandiya Sərhəd Mühafizəsi ABŞ Prezidenti Co Baydenin səfəri ilə əlaqədar Şengen sərhədlərində nəzarəti gücləndirir.

STT xəbər verir ki, daxili sərhəddə müvəqqəti nəzarət şənbə günü başlayacaq və iyulun 15-də başa çatacaq.

Daxili sərhədlər Şengen ölkələri arasındakı sərhədlərə aiddir.

Finlandiya prezidenti Sauli Niinistö Baydeni qəbul edəcək və gələn cümə axşamı Helsinkidə Şimali Amerika-ABŞ sammitinə ev sahibliyi edəcək.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}