Sergey Lavrov Hakan Fidanla taxıl sazişini müzakirə edib
Tarix: 09-07-2023 18:30 | Bölmə: Dünya
Sergey Lavrov Hakan Fidanla taxıl sazişini müzakirə edib

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı olub.

Məlumata görə, "Report" xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyət, eləcə də İstanbul taxıl anlaşması barədə fikir mübadiləsi aparıblar.

İyulun 5-də Fidan bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyə ən mühüm mövzular üzrə danışıqların aparılmasını təmin edə bilib, taxıl müqaviləsi sayəsində Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirə bilib və bununla da qlobal ərzaq böhranının qarşısını alıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər