Türk əsgərləri terrorçunu məhv edib
Tarix: 10-07-2023 10:47 | Bölmə: Dünya
Türk əsgərləri terrorçunu məhv edib

PKK-nın qondarma Zap bölgə zabitinin yaxın adamlarından biri, Batman üzrə məsul terrorçu Fərid Yüksel zərərsizləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terror təşkilatı PKK-nın bölgədəki yazışmalarına cavabdeh olan “Serzan Mava” kod adlı terrorçu Fərid Yüksel gizləndiyi mağarada komandolar məhv edilib.

Milli Müdafiə Nazirliyindəki mənbələrin bildirdiyinə görə, İraqın şimalındakı Zap bölgəsində axtarış və tarama fəaliyyətləri həyata keçirən Türkiyə Silahlı Qüvvələrinin bölmələri təpədə yerləşən mağarada terrorçuların olduğunu aşkarlayıb. Mağara 852 metr yüksəklikdə olub.

“Təslim olun!” çağırışlarına atəşlə cavab verildikdən sonra terrorçu gizləndiyi mağarada komandolar tərəfindən zərərsizləşdirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər