Ruslar Ərdoğan-Putin görüşünə ümid bəsləyir
Tarix: 10-07-2023 12:30 | Bölmə: Dünya
Ruslar Ərdoğan-Putin görüşünə ümid bəsləyir

Ukrayna lideri Zelenskinin Türkiyəyə səfəri Ankara-Moskva xəttində müəyyən gərginliyə səbəb olsa da, prezident Ərdoğan və Rusiya lideri Putinin gözlənilən görüşü ilə bağlı Rusiya hakimiyyətindən diqqətçəkən açıqlama verilib.

Reyting.az
-ın xəbərinə görə, V. Zelenskinin Türkiyəyə səfəri zamanı ukraynalı “Azov” komandirlərinin azad edilməsi Ankara-Moskva xəttində gərginlik yaranması ilə eyni vaxta təsadüf edir. Kremlin sözçüsü Peskov isə “Türkiyə razılaşmaları pozdu” ifadəsini işlədib və “Azov” batalyonu komandirlərinin Ukraynaya qaytarılmasına görə Türkiyənin məsuliyyət daşıdığına işarə edib.

Rusiya mətbuatına açıqlama verən Rusiya rəsmiləri isə Putinlə Ərdoğanın görüşünün Qara dəniz Taxıl dəhlizi sazişinin uzadılması üçün yeganə şans olduğunu bildirirlər.

Rusiya mediası Türkiyə və Rusiya liderlərinin görüşünün gələn həftə başa çatacaq Taxıl sazişinin gələcəyi üçün kritik olduğunu yazır. Rus qaynaqlar Rusiyanın son həftələrdə razılaşmanın uzadılmasına qarşı olduğu barədə açıqlamalar verdiyinə diqqət çəkilir və Taxıl dəhlizinin gələcəyi ilə bağlı çox müsbət atmosferin olmadığını bildirilir.

Adının açıqlanmasını istəməyən Rusiya rəsmisi deyib: “Bizim təcrübəmizə görə, iki liderin görüşü bu vəziyyəti dəyişə bilər. Hazırda yeganə ümid budur”.

Xatırladaq ki, Ukrayna taxılının ixracını təmin edən Qara dəniz Taxıl sazişi ötən ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında keçirilən mərasimdə imzalanıb.

Ərdoğan Zelenski ilə görüşdən sonra verdiyi açıqlamada deyib:

“Ümid edirəm ki, bir ildə 33 milyon tona çatacaq bu təşəbbüsün müddəti iyulun 17-də başa çatsa da, ehtiyacı olanlar üçün yenidən uzadılacaq. İnanıram ki, bütün müvafiq tərəflər bu məqsədlə qlobal məsuliyyət hissi ilə hərəkət edəcəklər”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər