Ukrayna ordusu Baxmutda yüksəkliklərə nəzarəti bərpa edib
Tarix: 10-07-2023 16:59 | Bölmə: Dünya
Ukrayna ordusu Baxmutda yüksəkliklərə nəzarəti bərpa edib

"Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı əsas yüksəkliklərə nəzarəti təmin edib".

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusu Baxmutda uğurla irəliləyir.

Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski isə bu gün bildirmişdi ki, Rusiya ordusu Baxmutda tələyə düşüb.

Qeyd edək ki, təxminən 9 aydır şəhərdə gərgin döyüşlər gedir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}