Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi tikilir
Tarix: 13-07-2023 14:10 | Bölmə: Dünya
Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi tikilir

Ermənistan-Türkiyə sərhədində Marqara gömrük-keçid məntəqəsinin tikintisi üzrə işlərə artıq başlanılıb, orada üç modul pavilyon tikiləcək.

Reyting.az
xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

Müqavilə üzrə artıq 140,4 milyon dram ödənilib, qalan 110,2 milyon dram isə bu pavilyonlarda işlərin başa çatdırılması şərti ilə ödəniləcək.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədində birmərtəbəli xidmət zalı, yüklərin rəsmiləşdirilməsi üçün iki kabinə, növbətçilərin istirahəti üçün iki kabinə, gömrük baxışı binası, dayanacaqlar, daxili yolların tikintisi nəzərdə tutulub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}