Ukrayna kasetli sursatlardan istifadə zamanı məhdudiyyətlərə əməl etməyəcək - Səfirlik
Tarix: 14-07-2023 08:35 | Bölmə: Dünya
Ukrayna kasetli sursatlardan istifadə zamanı məhdudiyyətlərə əməl etməyəcək

“Ukrayna Silahlı Qüvvələri çıxılmaz vəziyyətdədir və Qərbin onlara verdiyi kassetli sursatlardan istifadə edərkən heç bir məhdudiyyətə əməl etməyəcək”. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə cümə axşamı Rusiyanın ABŞ-dakı səfirliyinin Telegram kanalında dərc olunmuş şərhində deyilir.

Səfirliyin şərhində qeyd olunur:

“Biz Pentaqonun kasetli sursatlarının Ukraynaya çatdırılması ilə bağlı hesabatını nəzərə aldıq. Biz həmçinin administrasiya nümayəndələrinin Kiyev rejiminin bu silahlardan "ehtiyatla" və "uyğun ərazilərdə" istifadə edilməsi ilə bağlı bəzi "vədlər" barədə açıqlamalarını da qeydə almışıq".

Səfirlik bildirir ki, ABŞ rəsmilərinin bu cür bəyanatları öz təxribatçı hərəkətlərinə bəraət qazandırmaq üçün yöndəmsiz cəhddir:

“Münaqişənin inkişafını izləyən hər kəs bilir ki, Kiyev bizi qorxutmaq və mümkün qədər çox rusu məhv etmək ümidi ilə hətta hərbi obyektlərin olmadığı mülki hədəfləri də vurmaq üçün ABŞ yardımından istifadə edir”.

Diplomatik missiya bəyan edir ki, Kiyevdəki cinayətkarlar Amerikanın kasetli sursatlarından istifadə etməyə başlayanda ukraynalılar da daxil olmaqla, mülki əhalinin nə qədər itki verəcəyini təsəvvür etmək belə mümkün deyil:

“Şübhə yoxdur ki, Ukrayna Silahlı Qüvvələri hədəf seçərkən heç bir "məhdudiyyət"ə əməl etməyəcək, çünki onlar böyük itkilərdən və cəbhədə uğur qazana bilməməkdən ümidsizdirlər”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}