Rusiya nüvə sualtı qayıqlarını parada çıxarmaq istəmir
Tarix: 14-07-2023 10:45 | Bölmə: Dünya
Rusiya nüvə sualtı qayıqlarını parada çıxarmaq istəmir

İyulun 30-da Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya Hərbi Dəniz Qüvvələri Günü ilə bağlı paradda Rusiya Şimal Donanmasının nüvə sualtı qayıqları iştirak etməyəcək. Reyting.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Qeyd edək ki, 2017-ci ildə bu bayram formatının əsası qoyulandan bəri, bu, nüvə sualtı qayıqlarının iştirak etmədiyi ilk tədbir olacaq.

Bu arada Britaniya kəşfiyyatı Rusiyanın nüvə sualtı qayıqlarının Hərbi Dəniz Qüvvələrinin paradında iştirakını ləğv etməsinə aydınlıq gətirməyə çalışıb. Buna səbəb kimi Rusiya rəhbərliyinin təhlükəsizliklə bağlı müəyyən qorxuları göstərilir.

Məlumata görə, dəyişiklik, çox güman ki, həm də, ilk növbədə texniki xidmət, yerləşdirmə və təlim üçün əlçatanlığın saxlanılması ehtiyacı ilə bağlıdır. Həmçinin, “Vaqner” PMC-nin üsyan cəhdi kontekstində daxili təhlükəsizlik mülahizələrinin qərara təsir göstərməsi ehtimalı var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}