Departament: “Biz Kiyevi NATO-ya dəvət etsəydik..."
Tarix: 14-07-2023 13:13 | Bölmə: Dünya
Departament: “Biz Kiyevi NATO-ya dəvət etsəydik..."

ABŞ Dövlət Departamenti Ukraynanın NATO-nun sammitində Alyansa niyə dəvət olunmadığını açıqlayıb.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan bu barədə “RBK-Ukraina”ya müsahibəsində deyib.

O bildirib ki, bunun əsas səbəbi Ukraynada müharibənin davam etməsidir: “Biz Kiyevi NATO-ya dəvət etsəydik, Rusiya ilə birbaşa münaqişəyə girməli olacaqdıq. Amma bunu istəmirik”.

A.Kalanın sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü üçün bu ölkədə bəzi islahatlar aparılmalıdır: “Ukraynaya özünü müdafiə etmək, Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün kömək etmək lazımdır”.

Dövlət Departamentinin rəsmisi bildirib ki, NATO daxilindəki həmrəylik Rusiyaya aydın nümayiş etdirilməlidir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden üçüncü dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün Ukraynanın NATO-ya dəvət olunmadığını söyləmişdi.

Qeyd edək ki, NATO-nun sammiti iyunun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçirilib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər