Rusiya XİN Polşaya nota verib
Tarix: 14-07-2023 14:22 | Bölmə: Dünya
Rusiya XİN Polşaya nota verib

Polşanın Rusiyadakı səfiri Kşiştof Kraevski Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Polşanın Smolenskdəki konsulluğunun bağlanması ilə bağlı nota səfirə təqdim edilib.

Qeyd olunub ki, Polşanın Rusiyaya qarşı yönəlmiş düşmənçilik addımlarının heç biri cavabsız qalmayacaq.

Konsulluğun bağlanmasının dəqiq səbəbi açıqlanmayıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər